Sony 9 may “State of Play”-də yeniliklər təqdim edəcək. Canlı buradan izlə!
Sony şirkəti 2019-cu il tarixdə keçiriləcək “E3”-dən imtina etsə də öz keçirdiyi “State of Play” strimində yeniliklər təqdim etməyi planlaşdırır. Mart ayında baş tutmuş “State of Play”-də Sony şirkəti “Iron Man VR” oyununu elan etmişdi. Bu dəfə isə Sony “MediEvil Remaster”, “The Last of Us II” və bir neçə digər oyun barədə elan edəcəyi gözlənilir. Qeyd olunur ki, strim 10 dəqiqə müddətində davam edəcək.
“State of Play”-i 10 may 2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 02:00-da izləyə bilərsiniz.
“State of Play”-i izləmək üçün mənbəni Sizə təqdim edirik: