Warner Bros. Pictures tərəfindən ərsəyə gətirilən “Space Jam” filminin növbəti hissəsinin alt başlığı “A New Legacy”dir (Yeni nəsil azərb.) Filmin premyerası 16 iyul 2021-ci il tarixinə planlaşdırılıb. Filmdə Baqs Banni və Lola, Daffi Dak, pişik Silvestr və digər “Looney Tunes” qəhrəmanları iştirak edir.
“Space Jam: A New Legacy” 1996-cı il tarixdə buraxılan eyniadlı filmin davamıdır.

Süjetə görə
Basketbolçu Lebron Ceyms virtual tələyə düşmüş oğlu Bronnini xilas etməlidir. Onların hər ikisinin də virtual tələdən sağ-salamat çıxması üçün Lebron məşhur basketbol ulduzlarının rəqəmsal versiyalarını “Looney Tunes” qəhrəmanlarından ibarət komanda ilə məğlub etməyi bacarmalıdır.
3 aprel tarixində Warner Bros. Pictures rəsmi YouTube kanalında paylaşılan filmin ilk treylerini sizə təqdim edirik: