“Spider-Man: Across the Spider-Verse” animasiyasının ilk hissəsinin premyerası 2022-ci ilin oktyabr ayına təyin olunub.
Xatırlayırsınızsa, Hörümçək-adam Maylz Moralezə həsr olunan “Spider-Man: Into the Spider-Verse” filminin premyerası 2018-ci ildə baş tutmuşdu. Yeni filmin premyerası isə 2022-ci ilin oktyabr ayının sonlarına təyin olunub. Animasıyalı filmin ikinci hissəsi “Spider-Man: Across the Spider-Verse” adlanır və, çox güman ki, bu filmin özü də iki hissədən ibarət olacaq. Ən azından filmin adındakı “(Part One)” (Birinci Hissə azərb.) sözləri buna işarə edir.
Dünən Sony şirkətinin təqdim etdiyi qısa fraqment də məhz “birinci hissə”dəndir.
Təəssüf ki, Maylz Moralezin yeni əhvalatı barədə çox az təfərrüatlar məlumdur. Animasiyalı filmdə əsas hadisələrin Maylz və Qven ətrafında cərəyan edəcəyi və qismən onlar arasında yaranan münasibətlərə həsr olunacağı güman edilir.