EA və Respawn Entertainment-in birgə təqdim etdiyi Star Wars Jedi: Fallen Order oyunu
2019-cu ilin noyabr ayının 15-i üçün gözlənilir. Oyunda hadisələrin Ulduz döyüşlərinin (Star Wars) 3 və 4-cü epizodları arasında olan zaman kəsiyində cərəyan etdiyi məlumdur. 66 saylı əmrdən sonra sağ qalan cedayların imperiyaya qarşı və ceday ordeninin qüvvələrinin bərpası üçün mübarizəsindən bəhs edir.
“EA”-ın multiplayer oyunlara olan marağına baxmayaraq Disney-lə bağladığı müqaviləyə görə onları əsaslı süjet xətti olan single player oyun istehsal etməyə razı sala bilmişdilər. Oyun Unreal Engine 4 mexanikasındadır.
“Star Wars Jedi: Fallen Order”-in treylerini Sizə təqdim edirik: