Lucasfilm tərəfindən ərsəyə gətirilən animasiyalı serialın premyerası 04.05.2021-ci il tarixində baş tutacaq
“Bad Batch” tərcümədə “qüsurlu partiya” (istehsal partiyası) deməkdir. Serialda cərəyan edən hadisələr “Klon Döyüşləri”dən sonrakı dövrdə bir qrup döyüşçüdən bəhs edir. Məhz bu döyüşçü dəstəsi “qüsurlu” hesab edilir. Çox güman ki, bu ad onlara imperiya tərəfindən verilib. Çünki əvvəllər onlar da imperiyanı təmsil edən klon döyüşçüləri olublar.

“Star Wars: The Bad Batch” serialının ilk seriyası 4 may tarixində “Disney +” servisində yayımlanacaq və 70 dəqiqə davam edəcək. 7 may tarixindən etibarən isə yeni seriya hər həftənin cümə günü yayımlanacaq.
“Star Wars: The Bad Batch” animasiya serialının treylerini təqdim edirik: