State of Play təqdimatının canlı yayımı 27 may tarixində başlayacaq
Bu dəfə Sony State of Play təqdimatında “Horizon: Forbidden West” oyununun qeympleyini təqdim edəcək. İlkin məlumata görə 20 dəqiqə davam etməsi planlaşdırılan canlı yayımın 14 dəqiqəsi oyununun PlayStation 5 konsolunda qeympleyinə həsr olunacaq. Bu barədə məlumat PlayStation bloqunda və rəsmi Twitter hesabında paylaşılıb.
Qeyd edək ki, 27 may tarixində təqdimatın başlamasına 5 saat qalmış taymerli preşou yayımlanacaq. State of Play təqdimatını canlı yayımda Twitch və YouTube kanallarında izləyə bilərsiniz.
Təqdimatın əsas məqamları və onun yekunu barədə ətraflı məqaləni sizinlə paylaşacağıq.