Roza adlı yeni personaj oyuna bu gün əlavə olunacaq
Capcom 2016-cı il tarixində buraxılan “Street Fighter V” oyununu dəstəkləməkdə davam edir. Bu gün oyuna əlavə olunacaq yeni döyüşçü Rozanın (Rose ing.) tanışlıq üçün qeympley treyleri də təqdim olunub. Treyler demək olar ki, Rozanın bütün döyüş xüsusiyyətlərini özündə cəmləşdirir.
Qeympleyinə görə Roza distant, yəni məsafədən döyüşə üstünlük verir. Oyunçular bu növ döyüş tərzini “zoninq” adlandırırlar. Öz şərfi ilə rəqibə uzaqdan xəsarət yetirə bilən bu personaj, “Soul Spark” və “Soul Punish” qabiliyyətləri ilə onu həm də müəyyən məsafədə saxlamağa nail ola bilir.
Yaradıcıların sözlərinə görə zoninq üçün əlvərişli qabiliyyətlərə malik olan Roza bacarıqlı əllərdə bir kraliçadır.
Street Fighter V oyunundan Rozanın qeympley treylerini təqdim edirik: