“Tales of Arise” oyunu 10.09.2021-ci il tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S platformaları üçün buraxılacaq
Bandai Namco tərəfindən ərsəyə gətirilən “Tales of Arise” ekşen rol oyunu (action role-playing ing.) janrındadır. İlk olaraq buraxılışı 2020-ci il tarixinə təyin olunan “Tales of Arise” oyunu pandemiya səbəbindən təxirə salınmışdı. Bu gün təqdim olunan treylerdə oyunun 09.09.2021-ci il tarixində buraxılacağı elan olundu. Lakin bu tarix Yaponiyaya aiddir. Ümumdünya buraxılış tarixi bir gün sonraya – 10 sentyabr tarixinə təyin olunub.
“Tales of Arise” haqqında yazdığımız əvvəlki məqalədə oyun süjetini qısaca işıqlandırmışdıq. Oyunda hadisələr bir-birinə qarşı olan Dahna və Rena planetlərində cərəyan edir. Qat-qat üstün inkişaf səviyyəsinə malik olan Rena planetinin sakinləri geridəqalmış Dahna planetinin sakinləri ilə qul kimi davranırlar. Buna baxmayaraq başqa planetlərdən olan oyunun baş qəhrəmanları Alfen və Şion bir araya gələ bilirlər.
Oyunun yeni qeympley videosunda ətraf mühitin tədqiq olunması və personajların döyüş səhnələri yer alır. İlk nəzərə çarpan döyüş səhnələrinin dinamikliyi və eyni anda bir neçə personajı idarə edə bilmək imkanıdır.
Tales of Arise oyununun yeni qeympley treylerini təqdim edirik: