“Tales of Arise” Bandai Namco şirkətinin “Tales” oyun seriyasındandır. Seriyanın digər oyunları kimi RPG janrındadır. Bu seriyadan olan sonuncu oyun isə 2017-ci ildə buraxılan “Tales of Berseria” olub.
“Tales of Arise” oyununun buraxılışı PC, PlayStation 4 və Xbox One platformalarına 2020-ci il üçün planlaşdırılsa da koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı.
“Tales of Arise” iki planetin bir-biri ilə mübarizəsindən bəhs edir. Oyunda biri qadın digəri kişi olmaqla oyunçulara iki baş qəhrəman təqdim olunur. Lakin, onların hər biri bir-birinə qarşı olan planetin nümayəndəsidir.
Bandai Namco dəqiq buraxılış tarixi barədə məlumat verməsə də oyunun bu il ərzində buraxılacağı gözlənilir.
“Tales of Arise” oyununun yeni treyleri