Fransanın istehsalçı və yaradıcı oyun şirkəti Dotemu Nindza tısbağaları yenidən gündəmə gətirib. Nindza tısbağalar haqqında buraxılacaq yeni oyun beat ’em up janrındadır və “Teenage Mutant Ninja Turtles: Shredder’s Revenge” adlanır.
Oyun köhnə üslubda hazırlanıb və 1987-1996-cı illərdə yayımlanan “Teenage Mutant Ninja Turtles” cizgi filmi seriyasının personajlarının təsvirindən bəhrələnir.
Xatırladınız? Bu cizgi filmi o dövrün demək olar ki, hər bir uşaq və yeniyetməsi tərəfindən həvəslə izlənilirdi.
Bu hələ son deyil. “SEGA” konsolunda da o vaxtlar uşaqlıq dostlarımızla oynadığımız məşhur “Teenage Mutant Ninja Turtles: The Hyperstone Heist” oyunu var idi. Dotemu tərəfindən anons olunan “Teenage Mutant Ninja Turtles: Shredder’s Revenge” ilk baxışdan məhz bu oyunu xatırladır:
“Teenage Mutant Ninja Turtles: Shredder’s Revenge” oyunu anons olunsa da, dəqiq buraxılış tarixi hələ ki, bəlli deyil. Lakin, aidiyyatı şirkətin verdiyi məlumata görə oyun bu yaxınlarda PC və konsollar üçün buraxılacaq.