“The Mandalorian” serialının spin-offu “The Book of Boba Fett” serialı 29 dekabr 2021-ci il tarixindən etibarən “Disney+” servisində yayımlanacaq
“The Book of Boba Fett” serialında hadisələr “Star Wars” kainatında cərəyan edir. Bu kainat əsasən 9 epizoddan ibarət film seriyası ilə məşhurlaşıb. 2019 və 2020-ci illərdə 1-ci və 2-ci sezonları buraxılan və “Disney+” servisində yayımlanan “The Mandalorian” serialı da bu kainata daxildir. Elə məhz bu serialın sonuncu epizodunda izləyicilərə ilk dəfə “The Book of Boba Fett” serialı haqqında məlumat verilir.
Serialın ilk seriyası 29 dekabr tarixində “Disney+” servisində yayımlanacaq. Sözügedən serial “The Mandalorian” serialının spin-offu hesab olunur. Ümumilikdə isə “The Book of Boba Fett” də daxil olmaqla “The Mandalorian” serialının üç spin-offu gözlənilir. Digər seriallar isə “Rangers Of The New Republic” və “Ashoka” adlanır.
12 noyabr tarixində isə serial haqqında yeni materialların və təfərrüatların təqdim olunacağı gözlənilir.