“The Dark Pictures Anthology: House of Ashes” oyununun bu dəfəki treylerində bütün əsas personajlar təqdim olunur
Qorxu janrında olan “The Dark Pictures Anthology” oyun seriyasının sayca üçüncü hissəsi “House of Ashes” qədim və lənətlənmiş yeraltı qazıntılarda dəhşətlə üz-üzə gələn bir qrup şəxsdən bəhs edir.
Oyun həm tək nəfərlik, həm də dörd nəfərədək kooperativ çox nəfərlik rejimi dəstəkləyir. Seriyanın bütün hissələrinə xas olan əsas xüsusiyyətlərdən biri “House of Ashes”də də qorunub saxlanır. Sonda kimlərin sağ qalacağı yalnız oyunçudan asılıdır. Öz oyunu ilə oyunçu bütün personajları, ya da onların bir qisminə xilas edə və ya onların hamısını ölümə məhkum edə bilər.
Xatırladaq ki, “The Dark Pictures Anthology: House of Ashes” 22 oktyabr tarixində PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq.