“The Invincible” qorxu oyununun tizer treyleri “Regis III” planeti və oyun dünyası haqqında ilkin təsəvvür yaradır
Starward Industries tərəfindən PC və konsollar üçün ərsəyə gətirilən “The Invincible” yazıçı Stanislav Lemanın 100 illiyinə həsr olunub. Elə oyunun süjeti də yazıçının eyniadlı romanına əsaslanır. Oyun birinci şəxs perspektivli elmi-fantastik triller janrındadır. Oyun dünyası isə retrofuturistik stildə hazırlanıb.
“The Invincible” oyunçuları baş qəhrəman alimin rolunda “Regis III” planetinə aparacaq. Sirlərlə zəngin və təhlükəli bir planetdə oyunçu öz kosmik gəmisinin və onun heyətinin axtarışlarına başlayır. Eyni zamanda isə, o, sağ qalmalı və planetin tükürpədici sirlərini aşkar etməlidir.
Xatırladaq ki, Starward Industries oyun dünyasının təkmilləşdirilməsi məqsədilə “The Invincible” oyununun buraxılışını 2022-ci ilədək təxirə salıb. Lakin, layihəyə dəstək olmaq istəyən hər kəs aşağıdakı keçid vasitəsilə oyunu “Steam” rəqəmsal mağazasında arzu olunan oyunlar siyahısına əlavə edə bilər.