“Kingsman” film seriyasının prikveli “The King’s Man” filminin debüt treyleri paylaşıldı
“The King’s Man” filmində hadisələr “Kingsman” filmindən 100 il əvvəl cərəyan edir. Bu film “Kingsman” təşkilatının yaranmasından bəhs edir. Hətta filmin adının rus dilinə tərcüməsi “King’s Man: Начало” yəni başlanğıc deməkdir. Çox güman ki, azərbaycan dilinə tərcümədə də belə olacaq. “The King’s Man” (King’s Man: Başlanğıc) filminin süjetinə əsasən bir qrup kriminal şəxs bir araya gələrək milyonlarla insanın ölümünə səbəb ola biləcək müharibə yaratmaq istəyirlər. Lakin, günahsız insanları müdafiə etmək üçün bir şəxs meydana gəlir.
The King’s Man filminin debüt treylerini Sizə təqdim edirik: