“The Last Hero of Nostalgaia” 2022-ci ildə PC və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq
Coatsink studiyası maraqlı konsepsiyaya malik olan “The Last Hero of Nostalgaia” oyununu anons edib. Oyun ekşen və macəra janrlarındadır, eləcə də özündə rol oyunu elementlərini ehtiva edir.
“The Last Hero of Nostalgaia” oyun dünyasının əsas xüsusiyyəti onun tədricən 2D formata çevrilməsidir. Baş qəhrəman da elə məhz bu prosesə mane olmağa çalışır. Lakin təqdim olunan treylerdən məlum olur ki, baş qəhrəman 3D formatlı zirehdə olsa belə, özü də 2D formatdadır.
“The Last Hero of Nostalgaia” souls tipli oyunlara bir növ istehza ilə baxışdır. Buna baxmayaraq, oyun bu janrın bir çox xüsusiyyətlərini özündə cəmləyir və maraqlı qeympleyə malikdir.