The Last of Us serialının çəkilişləri artıq bu il başlayacaq
Naughty Dog oyun studiyasının ərsəyə gətirdiyi “The Last of Us” oyunun 1 və 2-ci hissələri oyunçular və kritiklər tərəfindən xoş qarşılanmışdır. Hər iki oyun müxtəlif mükafatlara layiq görülmüşdür. Elə bu səbəbdən “The Last of Us” oyununun qazandığı şöhrət onun özünü önləyərək artıq “oyun” çərçivəsindən kənara çıxır.
HBO tərəfindən yayımlanacaq bu serialın ilk epizodlarında rejissor rusiyalı Kantemir Balaqov, ssenari müəllifi isə Kreyq Meyzin (“Çernobıl” serialında da ssenari müəllif olub) olacaq.
“The Last of Us” serialında Elli obrazını aktrisa Bella Ramzi canlandıracaq. Ramzi əsasən “Game of Thrones” serialındakı Lianna Mormont rolu ilə yadda qalıb.
Coel rolu isə aktyor Pedro Paskala həvalə olunub. Pedro Paskal hazırda “Mandalorian” serialında baş qəhrəman rolunda çıxış edir.
Joel “TLOU 2” Pedro Pascal Mandalorian