Baş rolda Ancelina Coli ilə “Those Who Wish Me Dead” filminin premyerası 14 may tarixinə təyin olunub
Warner Bros. Pictures və New Line Cinema tərəfindən ərsəyə gətirilən “Those Who Wish Me Dead” (Mənə Ölüm Arzulayanlar azərb.) adlı yeni trilleri rejissor Teylor Şeridan lentə alıb. Film qəddarlıq səhnələri və məzmununda olan qeyri-etik sözlərə görə “R” reytinqi alıb.

Süjetə görə
Xilasedici dəstənin üzvü olan Hanna yanğın zamanı keçirilən xilasetmə əməliyyatında üç nəfər şəxsin həyatını xilas edə bilmədiyi üçün özünü günahlandırır və dərin peşmançılıq hissi keçirir. Patrul zamanı, o, meşədə köməksiz vəziyyətdə olan azyaşlı uşağa rast gəlir. Bir qrup şəxs isə 12 yaşlı uşağı öldürmək istəyir. Onu qorumaq üçün müvəqqəti olaraq öz himayəsinə götürən Hanna da bu andan etibarən həmin şəxslərin hədəfinə çevrilir.
Film 13 may tarixindən Rusiya kinoteatrlarında, 14 may tarixindən ebitarən isə ABŞ-da və HBO Max servisində yayımlanacaq.
“Those Who Wish Me Dead” filminin treylerini təqdim edirik: