“Rainbow Six Extraction” oyununun minimal, eləcə də Full HD, 2K və 4K ölçüləri üçün tövsiyə olunan sistem tələbləri təqdim olunub
Birinci şəxs perspektivli şuter janrında olan məşhur “Rainbow Six” seriyasının spin-offu “Rainbow Six Extraction” oyununun buraxılışına cəmi 15 gün qalıb. Yeni oyunda oyunçular həm tək, həm də 3 nəfərədək nəzərdə tutulmuş qrupla kooperativ rejimdə yadplanetli təhlükəyə qarşı mübarizə aparacaqlar.
Dünən Ubisoft oyunun 4 kateqoriyada sistem tələblərini və PC platforması üçün digər xüsusiyyətlərini açıqlayıb. Oyun limitsiz FPS, Vulkan API, enli və multi monitorları, NVIDIA DLSS və Reflex texnologiyalarını dəstəkləyir.
“Tom Clancy’s Rainbow Six Extraction” oyununun PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• CPU: Intel® Core™ i5 4660 / AMD Ryzen 3 1200
• GPU: NVIDIA®GeForce® GTX 960 / AMD RX 560
• RAM: 8 GB
• Diskdə boş yer: 85 GB
Tövsiyə olunan sistem tələbləri (FULL HD) :
• CPU: Intel® Core™ i7 4790 / AMD Ryzen 5 1600
• GPU: NVIDIA®GeForce® GTX 1660 / AMD RX 580
• RAM: 16 GB
• Diskdə boş yer: 85 GB
Tövsiyə olunan sistem tələbləri (2K) :
• CPU: Intel® Core™ i5 8400 / AMD Ryzen 5 2600X
• GPU: NVIDIA®GeForce® RTX 2060 / AMD RX 5600CT
• RAM: 16 GB
• Diskdə boş yer: 85 GB
Tövsiyə olunan sistem tələbləri (4K) :
• CPU: Intel® Core™ i9 9900K / AMD Ryzen 7 3700X
• GPU: NVIDIA®GeForce® RTX 3080 / AMD RX 6800XT
• RAM: 16 GB
• Diskdə boş yer: 85 GB (HD teksturalar üçün +9 GB)
