“Far Cry 6″nın qeympleyi Bakı vaxtı ilə saat 20:30-da Ubisoft şirkətinin YouTube kanalında yayımlanacaq
“Far Cry 6” oyunu ilə əlaqədar yeni xəbərlərin az olması haqda yenicə yazmışdıq ki, Ubisoft oyunun qeympleyini yayımlayacağını anons etdi. Canlı yayım “Far Cry 6” oyununun 30 saniyəlik tizeri ilə anons olunub.
Xatırladaq ki, Ubisoft oyunun bəzi elementlərini təkmilləşdirmək məqsədilə “Far Cry 6”nın fevral ayında buraxılışından imtina etdi. Hazırda oyunun sentyabr ayında buraxılacağı gözlənilir. Baş qəhrəman diktator Anton Kastilloya qarşı üsyan edən əhaliyə qoşulub çevrilişə kömək etməlidir.