4 may tarixinə təyin olunan anonsun “Rainbow Six Quarantine” oyunu ilə əlaqədar olacağı ehtimal olunur
30 aprel tarixində “Rainbow Six” oyun seriyasının rəsmi Twitter hesabı 4 may 2021-ci il tarixi ilə əlaqədar tvit paylaşıb. Həmin tvitdə “Biz xilas tapmaq üçün dünyanı qarış-qarış gəzdik” sözləri qeyd olunub.
Bu sözlər 2019-cu ildə anons olunan “Rainbow Six Quarantine” oyununa işarə edə bilər. Bildiyiniz kimi, sözügedən 3 nəfərlik kooperativ şuterin (co-op shooter ing.) əsas mövzusu insanları yoluxduran ölümcül yadplanetli parazit təhlükəsidir. Bu haqda biz əvvəlki məqaləmizdə də qısaca məlumat vermişdik.
Qeyd olunanlarla yanaşı son zamanlar oyunun qeyri rəsmi qeympley videolarının yayılmasını və hələ də “hazırlanma mərhələsi” statusunda olduğu nəzərə alsaq, çox güman ki, 4 may tarixində “Rainbow Six Quarantine” ilə əlaqəli bir anons eşidəcəyik. Bu isə oyunun təsdiqlənmiş adı və ya nəhayət ki, buraxılış tarixi ola bilər.
Bu arada “Rainbow Six Quarantine” oyununun sızmış qeympley videosunu sizə təqdim edirik: