Oyun Amazon Games və Leyou Technologies Holdings Limited tərəfindən ərsəyə gətirilirdi
“Üzüklər Hökmdarı” (The Lord of the Rings ing.) romanından bəhrələnən MMORPG (massively multiplayer online role-playing game) oyun 10.07.2019-cu il tarixində anons olunmuşdu. Buna baxmayaraq, həmin tarixdən etibarən oyunun hazırlanması prosesi və onun hansı mərhələdə olması barədə demək olar ki, heç bir məlumat yox idi.
Oyun Amazon və Leyou Technologies Holdings Limited şirkətlərinin birgə fəaliyyəti ilə ərsəyə gətirilirdi. Keçən ilin dekabr ayında Tencent və Leyou şirkətləri arasında bağlanan əqdə əsasən sonuncu Tencent şirkətinə birləşdi. Bloomberg xəbər agentliyi yazır ki, bundan sonra müqavilə ilə əlaqədar Tencent və Amazon arasında yaranan mübahisə oyundan imtinaya gətirib çıxardı.

Amazon şirkətinin rəsmisi təsdiq edib ki, Leyou şirkəti Tencent tərəfindən alındıqdan sonra oyunun hazırlanması prosesinin tələb etdiyi şərtləri təmin etmək mümkün olmamışdır.
Amazon şirkətində bu oyunun hazırlanması üçün ayrılmış komanda digər layihələrə yönləndiriləcək.