Valorant oyununda növbəti epizodun başlanması ilə Astra adlı yeni agent əlavə olunacaq və döyüş keçidi yenilənəcək
Yaradıcı şirkət Riot Games bu barədə rəsmi məlumat yayıb. Yeniliklər oyuna 3 mart tarixində əlavə olunacaq.
Astra adlı yeni agent zaman və məkanı idarə etmək qabiliyyətinə malikdir. Belə bir xüsusi qabiliyyət agenti unikallaşdırır. Astra öz gücündən istifadə edərək oyun xəritəsindəki məkanları dəyişə bilər.

Astra döyüş meydanına öz arsenalında olan 5 xüsusi qabiliyyətlə çıxır:
- Astral Form / Cosmic Divide – Astral formaya keçid edərək oyun xəritəsində “ulduzları” yerləşdirir. Sonradan Astra “ulduzları” digər xüsusi qabiliyyətləri vasitəsilə aktivləşdirə bilər. Eləcə də bu agentin astral formada olduğu müddət ərzində, o, güllələrdən müdafiə olunur və səsi xeyli azaldır.
Bağlandığı düymə ( X ) - Gravity Well – qravitasiya quyusu adından məlum olduğu kimi bir tələdir. Ətrafda olan oyunçuları özünə çəkərək partlayır.
Bağlandığı düymə ( C ) - Nova Pulse – əhatə dairəsində olan oyunçuları müvəqqəti sıradan çıxarır
Bağlandığı düymə ( Q ) - Nebula – Ulduzu tüstüyə/dumana çevirir.
Bağlandığı düymə ( E ) - Dissipate – Bu qabiliyyət vasitəsilə müvafiq düyməni sıxaraq yerləşdirdiyiniz ulduzu geri qaytara bilərsiniz. Bu zaman həmin ulduzun yerində saxta duman meydana gələcək (Nebula qabiliyyətinin effekti).
Bağlandığı düymə ( F )
Valorant oyununa əlavə olunacaq agent Astranın qeympley videosunu Sizə təqdim edirik: