“Breeze” adlı yeni oyun xəritəsinin “Valorant” oyununa 28 aprel tarixində əlavə olunacağı gözlənilir
2 iyun 2020-ci il tarixində buraxılmış onlayn taktiki şuter (tactical shooter ing.) “Valorant” qısa müddət ərzində məşhurlaşaraq kiberidman sahəsində ciddi mövqe tutmuşdur. Yaradıcı şirkət “Riot Games” öz məhsulunun nail olduğu uğurları sayəsində oyunu mütəmadi olaraq yeniləmələr ilə dəstəkləyir. Yeni oyunçu kütləsinin cəlb olunması və daimi istifadəçilərinin məmnuniyyəti üçün “Valorant”a daha bir yenilik əlavə olunur. Qarşılaşmalar üçün geniş sahəsi və uzaq məsafədən atışma imkanı kimi xüsusiyyətləri ilə fərqlənən yeni oyun xəritəsi “Breeze” adlanır.
Bu münasibətlə “Valorant” rəsmi YouTube kanalında “Breeze” oyun xəritəsinə həsr etdiyi təqdimat videoçarxını paylaşıb.
Sözügedən xəritə “Valorant”ın 2-ci epizodunun 3-cü aktının başlanması ilə 28 aprel tarixində oyuna əlavə olunacaq. “Breeze” oyun xəritəsi Karib dənizi, bermud üçbucağında yerləşən adalardan biri kimi təqdim olunur.