COVID-19 virus pandemiyası təhlükəsinə baxmayaraq Venesiya Film Festivalı bu il təyin olunmuş tarixdə keçiriləcək
Venesiya Film Festivalı təşkilatçılarının mülahizələrinə görə festivalın keçiriləcəyi tarixlərdə virus pandeymiyasının təhlükə riski artıq müəyyən qədər azalacaq. Belə ki, hazırda da müşahidə olunduğu kimi dünyanın bir çox ölkələrində sərt karantin rejimi tədbirlərinin yumşaldılması prosesləri gedir.
Hazırda Venesiya Film Festivalının təyin olunmuş 02-12.09.2020-ci il tarixlərində keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, Venesiya Film Festivalı mövcud olan ən qədim beynəlxalq film festivalıdır. İlk dəfə İtaliyalı diktator Benito Mussolininin təşkilatçılığı ilə 1932-ci ildə keçirilmişdir. Venesiya Film Festivalının əsas mükafatı “Qızıl Şir” hesab edilir.