“Witcher” serialının 2-ci sezonu 8 seriyadan ibarət olacaq
Xatırlayırsınızsa, Netflix tərəfindən ərsəyə gətirilən “Witcher” serialının ilk sezonunun premyerası 2019-cu ildə baş tutmuşdu. Elə o dövrdə serial 2-ci sezona uzadılsa da, dünyanı bürüyən koronavirus pandemiyası və lokdaunlar çəkilişlərin başlanmasına mane olurdu. Bütün bunlara baxmayaraq Netflix 2021-ci il 1 aprel tarixində 2-ci sezonun çəkilişlərinin bitməsi barədə rəsmi anons etdi. Nəhayət ki, “WitcherCon” sərgisində növbəti sezonunun premyera tarixi də elan olundu. “Witcher” serialının 2-ci sezonu 8 seriyadan ibarət olacaq və 17 dekabr 2021-ci il tarixindən etibarən Netflix striminq servisində yayımlanacaq.

WitcherCon sərgisində serialın sonun seriyasının adı istisna olmaq digər 7 seriyanın adları açıqlanıb:
- A Grain of Truth
- Kaer Morhen
- What is Lost
- Redanian Intelligence
- Turn Your Back
- Dear Friend
- Voleth Meir
Bütün qeyd olunanlarla yanaşı sərgidə 2-ci sezonun tizeri də təqdim olundu. Məhz bu an sərginin ən yadda qalan anı oldu. Tizer 2-ci sezonun və ümumilikdə “Witcher” hekayəsinin əsas elementlərini özündə ehtiva edib. Burada həm məşhur “Kaer Morhen” qalası, Siri, Yennifer, Geralt, Vesemir və digər cadugərlər və obrazlar yer alıb.
Witcher serialının 2-ci sezonunun azərbaycanca altyazılı tizerini təqdim edirik: