Yeni tizeri serialda Geraltı canlandıran aktyor Henri Kavill öz instagram hesabında paylaşıb
“Witcher” (Cadugər ing.) serialının 2-ci sezonunun çəkilişləri artıq 1 aprel 2021-ci il tarixində yekunlaşmış olsa belə serial haqqında məlumat çox azdır. Çəkilişlərdən sızan şəkilləri hesab etməsək, Netflix serialın süjeti və hadisələrin cərəyan etdiyi yer barəsində təfərrüatları mümkün qədər gizli saxlamağa çalışır.

Buna baxmayaraq serialı gündəmdə saxlamaq məqsədilə vaxtaşırı 2-ci sezonla əlaqəli müxtəlif növ materiallar paylaşılır. Belə materiallardan birini də “Witcher” serialının baş qəhrəmanı Geraltı obrazını canlandıran Henri Kavill öz Instagram hesabında paylaşıb.
Serial haqqında ətraflı məlumatın 9 iyul tarixində keçiriləcəyi planlaşdırılan WitcherCon sərgisində veriləcəyi ehtimal olunur.