“WWE 2K” oyun seriyası ABŞ-ın məşhur reslinq şoularının təşkilatçısı WWE (World Wrestling Entertainment) və “2K” şirkətlərinin adları ilə bağlıdır. “SmackDown!”, “Raw” və digər WWE reslinq şoularından bəhrələnən oyun seriyası 2000-ci ildən etibarən buraxılsa da, “WWE 2K” seriyası 2013-cü ildən buraxılmağa başlamışdır.

Dünən “2K” oyun şirkəti rəsmi Twitter hesabında bu yaxınlarda “WWE 2K22” haqqında daha ətraflı məlumat veriləcəyini qeyd edib və anons treylerini paylaşıb. Anons treylerində məşhur reslinq ulduzu Rey Misterio (Ray Mysterio ing.) və Sezaronun (Cesaro ing.) iştirakı ilə oyun görüntüləri əks olunub. Rey Misterio bu videoçarxda özünün “619” fəndini icra edir.