Qaranlıq Feniksə daha az vaxt qaldı. Son treyler.
X-Adamlar: Qaranlıq Feniks filmi Marvel Comics-in X-Adamlar komiksləri əsasında “20th Century Fox” film şirkəti tərəfindən çəkilib. Filmdə xüsusi imkanlara malik olan Cin Qrey özündə yeni imkanlar kəşf edərək həm güclü, həm də təhlükəli Qaranlıq Feniksə çevrilir. Buna görə də X-Adamların qarışısında çətin bir seçim meydana çıxır: Ya onlardan biri, ya da Yer kürəsində yaşayan bütün insanlar.
Qeyd edək ki, filmin premyerası 2019-cu il 6 iyunda baş tutacaq.
X-Adamlar: Qaranlıq Feniksin treylerini Sizə təqdim edirik: