“Call of Duty: Modern Warfare” geri dönür. Seriya yenilənəcək
Yeni oyunun buraxılış tarixi 25.10.2019-cu il tarixə elan olunub. Infinity Ward şirkətinin məhsulu olan “Call of Duty: Modern Warfare” oyun seriyası “Call of Duty” oyun toplusunun bir qoludur. Ümumiyyətlə son dövrdə “Call of Duty” seriyasından olan oyunlar durğunluq dövrünü yaşayırdı. Artıq əvvəlki auditoriya və bu oyun seriyasına olan maraq getdikcə azalmaqda idi. Lakin bu yaxınlarda Infinity Ward şirkəti oyun seriyasına yeni nəfəs vermək qərarına gəldi və bizim fikrimizcə bunun üçün “Call of Duty: Modern Warfare” seriyasını seçməsi heç də təsadüfi deyil. “Call of Duty: Modern Warfare” oyun seriyası həmişə özünəməxsus maraqlı və dinamik süjet xətti ilə seçilən oyunlar sırasında olub. Oyunun yeni hissəsində biz Kapitan Prays kimi köhnə obrazları da görə biləcəyik. Eləcə də oyunun əvvəkli “müasir müharibə” mövzusuna qayıtması qeyd olunur. Infinity Ward şirkətinin özünəməxsus oyun mexanikası var və yeni “Call of Duty: Modern Warfare”-də də biz bu mexanikanı müşahidə edəcəyik. Infinity Ward mexanikası ətraf mühitin daha realistik və geniş təsvir olunması, dağıntıların effektiv təsviri üçün şərait yaradır. Ənənəvi olaraq solo rejimin olduğu kimi, oyunda multiplayer rejimi də realizə olunacaq.
“Call of Duty: Modern Warfare” oyununun treylerini Sizə təqdim edirik: