“The Game Bakers” studiyası “Haven” oyununun gameplay-ini təqdim etdi
Oyun haqqında ilk dəfə fevral ayında anons verən “The Game Bakers” studiyası, bu dəfə daha ətraflı məlumat verərək, oyunun gameplay ilə paylaşdı.
Süjetə görə bir-birini sevən Yu və Key gələcək cəmiyyətin çətinliklərindən itirilmiş bir planetə qaçırlar. Burada onlar planeti daha dərindən tədqiq etməli və münasibətlərini inkişaf etdirməlidirlər. Oyunun tək nəfərlik olmasına baxmayaraq, yaradıcıların dediyinə görə lokal şəbəkə daxilində ikinci personajı idarə etmək üçün digər oyunçu da oyuna qoşula bilər.
Oyun 2020-ci ildə PC, PS4 və Nintendo Switch platformaları üçün buraxılacaq.
Haven oyununun gameplay-ini Sizə təqdim edirik: