Azərbaycanda “The Matrix Ressurrections” filminin premyerası 16 dekabr tarixinə təyin olunub
Warner Bros. Pictures film şirkətinin dəstəyi ilə rejissor Lana Vaçovski tərəfindən lentə alınan “The Matrix Resurrections” seriyanın 4-cü filmidir. Əvvəllər də qeyd etdiyimiz ki, Neo və Triniti rollarını canlandıran Kianu Rivz və Kerri-Enn Moss öz rollarına geri dönüblər.
Filmin premyerasına az müddət qalmış əsas obrazların fərdi posterləri təqdim olunub. Azərbaycanda premyera 16 dekabr tarixinə təyin olunub. Filmi kinoteatrda izləmək üçün CinemaPlus və ParkCinema şəbəkələrindən öncədən sifariş etmək olar.