“Guardians of the Galaxy” Nvidia DLSS texnologiyası, HDR, şüa-izləmə və 8K ölçünü dəstəkləyir
Eidos Montreal və Square Enix tərəfindən ərsəyə gətirilən “Guardians of the Galaxy” Marvel Kinematoqrafiya Kainatının eyniadlı filminə və komikslərə əsaslanır. Buna baxmayaraq oyun müstəqil süjet xəttinə malikdir.
“Guardians of the Galaxy” oyununda baş qəhrəman Piter Kvill (Star-Lord) personajıdır. Komandanın digər üzvləri Qamora, Qrut, Draks və Raketin də oyun da yer almasına baxmayaraq, onlar əsasən süni intellekt tərəfindən idarə olunur. Oyunçu isə sadəcə onlara müəyyən komandalar verməklə kifayətlənməli olur.
Oyunun yeni təqdim olunan treylerində PC platforması üçün texniki xüsusiyyətləri nümayiş olunur. Belə ki, oyun yalnız Nvidia RTX seriyası videokartlarının dəstəklədiyi DLSS (xalq dilində desək, sürətli və süni intellekt tərəfindən tənzimlənən və render olunan qrafik hamarlama) texnologiyası, HDR, artıq yeni nəsil oyunlar üçün adi bir hala çevrilən şüa-izləmə texnologiyası və 8K ölçünü dəstəkləyir. Sonuncunun çox məhdud sayda PC tərəfindən dəstəkləndiyini nəzərə alsaq, yaradıcının bu addımını anlayışla qarşılamaq olmur. Ən azından bu resursları oyunun daha da yaxşı optimizasiyasına yönəltmək olardı.
Xatırladaq ki, “Guardian of the Galaxy” 26 oktyabr tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün buraxılacaq.