Covenant.dev studiyasının rəhbəri Sten Cast əvvəllər CD Projekt Red şirkətində prodüser vəzifəsində çalışıb. Yeni anons olunmuş “Gord” studiyanın ilk oyunu olacaq.
“Gord”da hadisələr slavyan mifologiyasından bəhrələnən qaranlıq fentezi dünyasında cərəyan edir. Oyun strategiya janrındadır. Burada siz qəbiləyə rəhbərlik edərək çətin şərtlər daxilində onları müxtəlif təhlükələrdən qorumalısınız.

“Gord” dünyası bir-birindən təhlükəli varlıqlarla zəngindir. Bədməramlı mühitdə digər qəbilələrlə və əfsanəvi məxluqlara mübarizə aparmaqla yanaşı faydalı resurslar toplayaraq “Şəfəq Qəbiləsi”ni inkişaf etdirməyə və sağ qalmağa çalışmalısınız.
Hazırda Steam mağazasında oyunu “istək siyahısı”na (wishlist ing.) əlavə etmək mümkündür. Eləcə də mağazada qeyd olunan məlumata görə oyunun buraxılışı 2022-ci ilə nəzərdə tutulub. “Gord”un PC platforması ilə yanaşı müasir konsollar üçün də buraxılışı gözlənilir.
Gord oyununun anons treylerini təqdim edirik: