HTC Vive Pro 2 VR dəsti 4 iyun tarixindən satışa buraxılacaq
Dünən HTC şirkəti “Vive Pro 2” VR dəstini təqdim edib. VR dəsti rəsmi olaraq 4 iyun tarixindən satışa buraxılacaq, lakin artıq indidən öncədən sifariş etmək mümkündür. Tək VR başlığın qiyməti 750 ABŞ dolları, VR dəstin qiyməti isə 1400 ABŞ dollarıdır. Qiymətin yüksək olmasına baxmayaraq, adətən bu növ cihazların birinci satışa buraxılan sayı ilk günlərdə alınır.

HTC Vive Pro 2 VR başlığı 120 Hz tezlikli 2448×2448 ölçülü 5K displey, 3D səsi dəstəkləyən qulaqlıqlar, mikrofon, “bluetooth” və USB-C port ilə təchiz olunub. Yeni VR cihazında görmə bucağı 120 dərəcədir. Göz ilə başlığın linzası arasında olan məsafəni də ayarlamaq mümkündür.
Bütün bunlarla yanaşı HTC cihazın PC platforması üçün sistem tələblərini paylaşıb. Minimal sistem tələbləri aşağıdakı kimidir:
- CPU: Intel® Core™ i5-4590 / AMD Ryzen 1500
- Video kart: NVIDIA® GeForce® GTX 1060 / AMD Radeon RX 480
- RAM: 8 GB
- Portlar: DisplayPort 1.2 və USB 3.0
- Əməliyyat sistemi: Windows 10 x64