“Bethesda”-nın E3 2019-da olan çıxışından əsas məqamlar
10.06.2019-cu il tarixində Bakı vaxtı ilə saat 4:30-da E3 2019-da “Bethesda Softworks” oyun şirkətinin press-konfransı başladı.
Tam izləmək üçün məqalənin sonundakı videoya baxın
Başlıqlar:
• “DOOM Eternal”
• “GhostWire: Tokyo” oyununun tizer treyleri
• “Deathloop” oyununun ilk treyleri
• “Fallout 76”-də yenilik – DLC “Wastelanders” və Battle Royale
• “The Elder Scrolls Online: Elsweyr” – yeni treyler
• “Wolfenstein: Youngblood” – yeni treyler
• “Rage 2” oyununa əlavələr və treyler
• Mobil platformalar üçün “Commander Keen”oyunu
• Yeni strim servis – “Orion”
“DOOM Eternal”
Şübhəsiz ki, E3 2019-un ən gözlənilən oyunlarından biri “DOOM Eternal” oyununa “Bethesda Softworks”-nın press-konfransında xüsusi yer ayrılmışdı. Hətta E3 2019 başlamazdan əvvəl “DOOM Eternal” oyununun Los Anceles şəhərində yerləşən “Figueroa” otelinin üzərində çəkilən nəhəng reklam plakatı bu barədə bizə əvvəlcədən xəbər verirdi.
“DOOM Eternal” oyunun 22.11.2019-cu il tarixində PC, PS4, Xbox One və Google Stadia üçün buraxılacaq. Oyunda “Battlemode” adlanan multiplayer rejimi mövcud olacaq. “Battlemode”-da bir qarşılaşmada üç oyunçu iştirak edəcək. Bir nəfər “Doomguy”-la digər iki nəfər isə ona qarşı iblislə mübarizə aparacaqlar. “DOOM Eternal” oyununu öncədən alanlara xüsusi skinlər və əlavə oyun səviyyəsi bonusu veriləcək. Eləcə də oyunun kolleksion buraxılışı da mövcuddur. Buna aşağıdakı şəkildəkilər daxildir.
“DOOM Eternal” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“DOOM Eternal” oyununda mövcud olan şəbəkə rejimi “Battlemode”-un treylerini Sizə təqdim edirik:
“GhostWire: Tokyo” oyununun tizer treyleri
Şəhər əfsanələri əsasında yaradılan bu oyunda insanlar naməlum şəraitdə itkin düşürlər. Baş qəhrəman şəhərdə nələr baş verdiyini müəyyən etməlidir. Oyun 2020-ci ilin 4-cü rübündə PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq.
“GhostWire: Tokyo” oyununun E3 2019 tizer treylerini Sizə təqdim edirik:
“Deathloop” oyununun ilk treyleri
Arkane Lyon oyun şirkəti tərəfindən ərsəyə gətirilən “Deathloop” oyunu iki professional killerin adada bir-birilə sağ qalmaq uğrunda mübarizə aparmasından bəhs edir. “Deathloop” oyunun 2020-ci ilin 4-cü rübü PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq.
“Deathloop” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Fallout 76”-də yenilik – DLC “Wastelanders” və Battle Royale
“Fallout 76” oyununa “Wastelanders” adlı əlavə özündə yeni NPC və yeni süjet xəttini ehtiva edir. Bundan başqa oyuna “Nüvə Qışı” adlanan “Battle Royale” rejimi əlavə olunub. Hər iki yenilənməni iyun ayının 10-17-si oyunu alan hər kəs qiymətləndirə bilər.
“Fallot 76” oyununa əlavə “Wastelanders”-in E3 2019 treylerini Sizə təqdim edirik:
“Fallout 76”-nın “Nüvə Qışı” adlanan “Battle Royale” rejiminin E3 2019 treylerini Sizə təqdim edirik:
“The Elder Scrolls Online: Elsweyr” – yeni treyler
“The Elder Scrolls Online: Elsweyr” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Wolfenstein: Youngblood” – yeni treyler
“Wolfenstein: Youngblood” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Rage 2” oyununa əlavələr və treyler
“Rage 2” oyununu bu yay ərzində bir neçə yeniləmələr və əlavələr gözləyir.
“Rage 2” oyununun “All the Rage” adlanan E3 2019 treylerini Sizə təqdim edirik:
Mobil platformalar üçün “Commander Keen”oyunu
Bu yay ərzində iOS və Android platformaları üçün öncədən qeydiyyatı başlanacağı “Commander Keen” oyununun süjet kompaniyası və multiplayer rejimi mövcuddur.
“Commander Keen”oyununun E3 2019 anons treylerini Sizə təqdim edirik:
Yeni strim texnologiyası – “Orion”
Bütün qeyd olunanlarla yanaşı “Bethesda Softworks” öz yeni “Orion” adlı strim texnologiyasını təqdim etdi. Dediklərinə görə bu strim texnologiya sistemi oyunlarda olan tutulmaları, ötürmə gecikmələrini aradan qaldırmaq üçün nəzərdə tutulub.
“Bethesda”-nın E3 2019 press-konfransını Sizə təqdim edirik: