“7 Ölümcül Günah” adlanan DLC toplusu yeddi hissədən ibarət olacaq
Ümumilikdə irihəcmli DLC olan “7 Ölümcül Günah” hissələrə bölünərək buraxılacaq. Simvolik olaraq əlavə oyun məzmununun hər bir hissəsi xristianlıq inancında mövcud olan yeddi ən böyük günahdan biri kimi adlanacaq.
7 ölümcül günah
acgözlük; şəhvət; qəzəb; tənbəllik; qürur; qısqanclıq; doymazlıq
greed; lust; wrath; sloth; pride; envy; gluttony ing.

Hər bir əlavə oyun məzmunun özünəməxsus tapşırıqları, xəritəsi və qeympleyi olacaq. Bu özəllikləri özündə cəmləşdirən DLC-lər 4-6 həftədən ibarət ayrıca oyundaxili sezon təşkil edəcək. İrihəcmli DLC-nin birinci hissəsi “Greed” (Acgözlük azərb.) adlanacaq və mart ayının 30-u buraxılacaq. İlk hissə olan “Acgözlük”də hadisələr Dubayda cərəyan edəcək.

“7 Ölümcül Günah” əlavə məzmununa daxil olan hər bir hissəni ayrılıqda 5 ABŞ dollarına və ya 30 ABŞ dollarına endirimli qiymətlə tam əldə etmək olar.
HITMAN III: 7 Deadly Sins adlı DLC-nin anons treylerini sizə təqdim edirik: