“Microsoft”-un E3 2019-da olan çıxışından əsas məqamlar
10.06.2019-cu il tarxində Bakı vaxtı ilə saat 00:00-da E3 2019-un ilk press-konfransı “Microsoft”-la başladı. “Microsoft” bu dəfəki E3-də 14 öz oyunu olmaqla, ümumilikdə 60 oyun təqdim etdi. Bu məqalədə yalnız əsas məqamlara toxunulacaq.
Tam izləmək üçün məqalənin sonundakı videoya baxın.
Başlıqlar:
• “Cyberpunk 2077” oyununun treyleri, buraxılış tarixi və digər məqamlar
• “Xbox – Project Scarlett” – yeni nəsil platforma
• “Halo Infinite” oyununun yeni treyleri
• “Elden Rings” oyununun anonsu
• “The Outer Worlds” oyununun yeni treyleri
• “Dying Light 2” oyununun yeni treyleri
• “Ori and the Will of the Wisps” oyununun yeni treyleri
• “Double Fine” oyunu artıq “Microsoft”-a məxsusdur
• “Gears 5” oyununun 2 yeni treyleri, buraxılış tarixi
• “Tales of Arise” oyununun ilk treyleri
• “Bleeding Edge” oyununun ilk treyleri
• “Minecraft: Dungeons” oyununun yeni treyleri
• “Star Wars: Jedi Fallen Order” oyununun yeni treyleri
• “Blair Witch” oyununun ilk treyleri
• “Battletoads” oyununun yeni treyleri
• “Xbox Game Pass”
• “Microsoft Flight Simulator” oyununun ilk treyleri
• “Age of Empires II” oyununun yeni treyleri
• “Lego Star Wars The Skywalker Saga” oyununun ilk treyleri
• “Twelve Minutes” oyununun ilk treyleri
• “Forza Horizon 4” oyununa DLC – “LEGO Speed Champions”-un treyleri
• “Crossfire X” oyununun treyleri
• “Borderlands 3” oyununun yeni treyleri
• Digər oyunlar
“Cyberpunk 2077” oyununun treyleri, buraxılış tarixi və digər məqamlar
E3 2019-da bəlkə də ən yadda qalan çıxışlarından biri “Cyberpunk 2077” oldu. Məhşur aktyor Kianu Rivz (Keanu Reeves) özünün iştirakı olan oyunun treyleri təqdim olunandan sonra səhnəyə çıxdı. Hər kəs onu sözsük ki, gur alqışlarla qarşıladı. Oyun haqqında məlumat verərkən isə maraqlı bir məqam yaşandı. Kianu Rivz oyundakı abu havanın “breathtaking” (nəfəs kəsici) olduğunu qeyd edir və zaldakı izləyicilərdən biri onun özünün nəfəs kəsici olduğunu ucadan söyləyir. Bu məqam hamı tərəfindən çox şən və pozitiv qarşılanır. Kianu Rivzin çıxışını Sizə təqdim edirik:
Əgər videonu izlədinizsə, onda çox güman ki, sonda buraxılış tarixi diqqətinizi cəlb etdi. Əgər izləməməsinizsə:
Cyberpunk 2077 oyunu 16.04.2020-ci il tarixdə PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq
“Xbox – Project Scarlett” – yeni nəsil platforma
“Project Scarlett” adı altında hazırlanan yeni nəsil Xbox 2020-ci ilin sonlarına işıq üzü görəcək. Buna baxmayaraq yeni Xbox-un texniki xarakteristikası barəsində kifayət qədər məlumat verildi. Bunlar aşağıdakılardır:
• AMD Zen 2 prosessor
• GDDR6 formatlı RAM
• 120 FPS-ə dək dəstəklənəcək
• Yeni nəsil şüa izləməsi dəstəklənəcək
• 8K təsvir ölçüsü dəstəklənəcək
• Yeni nəsil SSD yaddaş
“Halo Infinite” oyununun yeni treyleri
“Halo Infinite” oyunu deyəsən yeni nəsil Xbox platforması üçün çıxan ilk oyun olacaq. Belə ki, yeni platforma üçün indiyədək hələ heç bir oyun barəsində rəsmi məlumat verilməmişdi. Bundan əlavə “Halo Infinite” PC və Xbox One platformaları üçün buraxılacaq və çox güman ki, bu 2020-ci ilin sonlarına təsadüf edəcək.
“Halo Infinite” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Elden Rings” oyununun anonsu
“FromSoftware” və Corc Martin tərəfindən ərsəyə gətirilən “Elden Rings” oyununun anons edilməsinə baxmayaraq, barəsində heç bir məlumat verilmədi. Oyun PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq. Yaxın aylarda çox güman ki, “FromSoftware” oyun haqda daha ətraflı məlumatlarla bölüşəcək.
“Elden Rings” oyununun E3 anons treylerini Sizə təqdim edirik:
“The Outer Worlds” oyununun yeni treyleri
“Obsidian Entertainment” şirkəti tərəfindən ərsəyə gətirilən RPG janrında olan “The Outer Worlds” 25.10.2019-cu il tarixində PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq, eləcədə “Xbox Game Pass” kitabxanasına əlavə olunacaq.
“The Outer Worlds” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Dying Light 2” oyununun yeni treyleri
Oyun 2020-ci ilin yaz aylarında PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq.
“Dying Light 2” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Ori and the Will of the Wisps” oyununun yeni treyleri
Oyun 11.02.2020-ci il tarində PC və Xbox One platformaları üçün buraxılacaq.
“Ori and the Will of the Wisps” oyununun E3 treylerini Sizə təqdim edirik:
“Double Fine” oyunu artıq “Microsoft”-a məxsusdur
“Double Fine” studiyası “Microsoft” şirkəti tərəfindən alındı. Bu studiya məhşur “Psychonauts” oyununun müəllifidir. Məhz E3 2019-da da onlar “Psychonauts 2” oyununun ilk gameplay treylerini təqdim etdilər. Rəsmi “YouTube” hesabı vasitəsilə paylaşdığı videoda qeyd etdiyi məlumata görə oyun PC, Mac, Linux, PS4 və Xbox One platformaları üçün 2020-ci ildə buraxılacaq. Lakin dəqiq buraxılış tarixi elan olunmur.
“Psychonauts 2” oyununun E3 2019 ilk gameplay treylerini Sizə təqdim edirik:
“Gears 5” oyununun 2 yeni treyleri, buraxılış tarixi
“Gears 5” oyunu 10.09.2019-cu il tarixində Xbox One və PC platformaları üçün buraxılacaq. Lakin oyunun “Ultimate” versiyasını alanlar və ya “Xbox Game Pass” abunələri oyunu 4 gün əvvəldən 06.09 tarixində əldə edərək, oynaya biləcəklər.
Psixoloji gərginlik yaşayan Keyt barəsində olan “Gears 5” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Escape” adlı co-op rejimin əks olunduğu “Gears 5” oyununun ikinci E3 2019 treylerini Sizə təqdim edirik:
“Tales of Arise” oyununun ilk treyleri
“Tales of Arise” oyununun dəqiq buraxılış tarixi olmasa da 2020-ci il üçün PC, PS4 və Xbox One platformaları üçün nəzərdə tutulub. Oyunun yeni seriyası artıq müasir “Unreal Engine 4” oyun mexanikasında olacaq. Oyunun ilk treyleri E3 2019-da təqdim olundu.
“Tales of Arise” oyununun ilk treylerini Sizə təqdim edirik:
“Bleeding Edge” oyununun ilk treyleri
Ninja Theory oyun şirkəti tərəfindən ərsəyə gətirilən “Bleeding Edge” oyununun alfa-testi üçün qeydiyyat 27.06.2019-cu il tarixində başlayacaq. “Bleeding Edge” komanda oyunudur. Hər komandada 4 şəxs olmaqla 2 komanda bir-birinə qarşı mübarizə aparacaq. Oyun PC və Xbox One platformaları üçün nəzərdə tutulub.
“Bleeding Edge” oyununun E3 2019-dan ilk treylerini Sizə təqdim edirik:
“Minecraft: Dungeons” oyununun yeni treyleri
“Minecraft: Dungeons” oyunu 2020-ci ilin yaz aylarında PC, PS4, Xbox One və Nintendo Switch platformaları üçün buraxılacaq. Oyun eləcə də “Xbox Game Pass” kitabxanasında da mövcud olacaq.
“Minecraft: Dungeons” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Star Wars: Jedi Fallen Order” oyununun yeni treyleri
Bu oyun haqqında saytımızda kifayət qədər məlumat paylaşılıb. Əlavə məlumat üçün saytdakı axtarışdan istifadə edin:)
“Star Wars: Jedi Fallen Order” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Blair Witch” oyununun ilk treyleri
“Blair Witch” oyunu 30.08.2019-cu il tarixində PC və Xbox One platformaları üçün buraxılacaq və “Xbox Game Pass” kitabxanasına əlavə olunacaq.
“Blair Witch” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Battletoads” oyununun yeni treyleri
1991-ci ilin “Battletoads” oyunu yeni formatda “Xbox Game Pass” kitabxanasında.
“Battletoads” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Xbox Game Pass”
PC platforması üçün nəzərdə tutulan “Xbox Game Pass” öz oyun kitabxanası olan Xbox oyun servisidir. “Xbox Game Pass”-in aylıq abunə haqqı 9.99 ABŞ dollarıdır. Periodik olaraq yenilənən oyun kitabxanasına buradan baxmaq olar.
“Xbox Game Pass”-in E3 2019 anons treylerini Sizə təqdim edirik:
“Microsoft Flight Simulator” oyununun ilk treyleri
“Microsoft Flight Simulator” oyunu adından bəlli olduğu kimi virtual uçuş simulyatorudur. Oyun 2020-ci ildə Xbox platforması üçün buraxılacaq və “Xbox Game Pass” kitabxanasına əlavə olunacaq.
“Microsoft Flight Simulator” oyununun E3 2019-dan ilk treylerini Sizə təqdim edirik:
“Age of Empires II” oyununun yeni treyleri
“Age of Empires II” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Lego Star Wars The Skywalker Saga” oyununun ilk treyleri
“Lego Star Wars The Skywalker Saga” oyunu 2020-ci il tarixində PC, PS4, Xbox One və Nintendo Switch platformaları üçün buraxılacaq. Oyun özündə “Star Wars” dünyasının bütün hadisələrini ( 9 epizod) cəmləşdirir.
“Lego Star Wars The Skywalker Saga” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Twelve Minutes” oyununun ilk treyleri
“Twelve Minutes” oyununun E3 2019-dan ilk treylerini Sizə təqdim edirik:
“Forza Horizon 4” oyununa DLC – “LEGO Speed Champions”-un treyleri
“Forza Horizon 4” oyunu üçün “LEGO Speed Champions” adlı DLC 13.06.2019-cu il tarixində buraxılacaq.
“LEGO Speed Champions” DLC-nin E3 2019 treylerini Sizə təqdim edirik:
“Crossfire X” oyununun treyleri
“Crossfire X” oyunu çoxnəfərlik şuter janrında olan oyundur. Oyun Xbox One platforması üçün 2020-ci il tarixində buraxılacaq. Digər platformalar üçün buraxılış tarixi barədə ümumiyyətlə heç bir məlumat verilməyib.
“Crossfire X” oyununun E3 2019-dan ilk treylerini Sizə təqdim edirik:
“Borderlands 3” oyununun yeni treyleri
“Borderlands 3” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
Digər oyunlar
E3 2019-da digər müstəqil oyun yaradıcılarının təqdim etdiyi oyunlardan ibarət videoçarxı Sizə təqdim edirik:
“Microsoft”-un E3 2019 press-konfransını Sizə təqdim edirik: