“Nintendo” şirkətinin gamescom 2019 çıxışından əsas məqamlar
19.08.2019-cu il tarixində keçirilən “gamescom 2019” tədbirində ilk çıxışa “Nintendo” şirkəti başladı.
Başlıqlar:
• “SUPERHOT” oyununun anonsu
• “Holtine Miami” oyununun anonsu buraxılışı
• “Ori and the Blind Forest” oyununun anonsu
• “Blasphemous” oyununun buraxılış tarixi treyleri
• “Risk of Rain 2” oyununun yeni treyleri
• “Torchlight II” oyununun treyleri
• “Dungeon Defenders: Awakened” oyununun treyleri
• “The Touryst” oyununun anonsu
• “Skellboy” oyununun anonsu
• “Cat Quest II” oyununun anonsu
• “Röki” oyununun anonsu
• “EarthNight” oyununun anonsu
• “Close to the Sun” oyununun anonsu
• “Youropa” oyununun anonsu
• “Best Friend Forever” oyununun anonsu
• “Skater XL” oyununun anonsu
“SUPERHOT” oyununun anonsu
“SUPERHOT” oyununun “gamescom 2019”-da təqdim olunması gözlənilən idi. Çünki, bir müddət əvvəl oyun artıq anons olunmuşdu. Oyun anons olunduğu gün mağazaya əlavə olundu. “SUPERHOT” oyununun özünəməxsus yeni mexanikası var.
Oyunda kadr yenilənməsi 60FPS-ə bərabərdir.
SUPERHOT oyununun gamescom 2019 treylerini Sizə təqdim edirik:
“Holtine Miami” oyununun anonsu və buraxılışı
“Hotline Miami Collection” “gamescom 2019”-da “Nintendo Switch” üçün anons edildikdən dərhal sonra əldə edilməsi üçün mağazalara əlavə olundu.
Hotline Miami kolleksiyasının gamescom 2019 buraxılış treylerini Sizə təqdim edirik:
“Ori and the Blind Forest” oyununun anonsu
“Ori and the Blind Forest” oyununun Nintendo Switch platforması üçün buraxılışı 27.09.2019-cu il tarixdə baş tutacaq. Bu oyunda da kadr yenilənməsi 60 FPS-ə bərabər olacaq. Eləcədə oyunu televizora qoşmaqla 1080p ölçüdə oynamaq olar.
Ori and the Blind Forest oyununun gamescom 2019 anons treylerini Sizə təqdim edirik:
“Blasphemous” oyununun buraxılış tarixi treyleri
“Blasphemous” oyununun treyleri ilə buraxılış tarixi açıqlandı. Belə ki, oyun PC, PS4, Xbox One və Nintendo Switch platformaları üçün 10.09.2019-cu il tarixdə buraxılacaq.
Blasphemous oyununun gamescom 2019 treylerini Sizə təqdim edirik:
“Risk of Rain 2” oyununun yeni treyleri
2019-cu ilin yay fəslinin sonuna Nintendo Switch, PS4 və Xbox One platformaları üçün buraxılacaq.
Risk of Rain 2 oyunun gamescom 2019 treylerini Sizə təqdim edirik:
“Torchlight II” oyununun treyleri
“Torchligh II” oyunu 03.09.2019-cu il tarixində Nintendo Switch, PS4 və Xbox One platformaları üçün buraxılacaq.
Torchligh II oyununun gamescom 2019 treylerini Sizə təqdim edirik:
“Dungeon Defenders: Awakened” oyununun treyleri
Hazırda “Dungeon Defenders: Awakened” oyununun qapalı beta sınağı üçün qeydiyyatdan keçmək mümkündür. Oyunun buraxılışı isə 2020-ci ilin fevral ayına planlaşdırılıb.
Dungeon Defenders: Awakened oyununun gamescom 2019 treylerini Sizə təqdim edirik:
“The Touryst” oyununun anonsu
Adından bəlli olduğu kimi oyun turist simulyatorudur. “The Touryst” oyununda turist kimi müxtəlif əyləncə növlərindən yararlanmaq və ya hadisələrin cərəyan etdiyi adada olan sirli və qədim abidələrin sirrini kəşf etmək olar. Oyunun buraxılışı 2019-cu ilin noyabr ayına planlaşdırılıb.
The Touryst oyununun gamescom 2019 treylerini Sizə təqdim edirik:
“Skellboy” oyununun anonsu
İndi oyunlar siyahsından olan “Skellboy”-un Nintendo Switch üçün buraxılışı bu ilin dekabr ayına nəzərdə tutulub.
Skellboy oyununun gamescom 2019 anons treylerini Sizə təqdim edirik:
“Cat Quest II” oyununun anonsu
Məhşur RPG janrında olan İndi “Cat Quest” oyununun 2-ci hissəsi “Cat Quest II” oyunu 2019-cu ilin sonunadək Nintendo Switch platforması üçün buraxılacaq.
Cat Quest II oyununun gamescom 2019 anons treylerini Sizə təqdim edirik:
“Röki” oyununun anonsu
“Röki” oyununun Nintendo Switch platforması üçün buraxılışı 2019-cu ilin sonlarına planlaşdırılıb. Oyunda hadisələr müasir dövrdə cərəyan etsə də skandinaviya əfsanələri ilə əlaqəlidir.
Röki oyununun gamescom 2019 anons treylerini Sizə təqdim edirik:
“EarthNight” oyununun anonsu
“EarthNight” oyununun süjetinə əsasən Yer kürəsi Əjdahaların əsarəti altındadır və buna görə də insanlar kosmosda xüsusi stansiyalarda yaşamaq məcburiyyətindədirlər. Baş qəhrəmanlar Sidni və Stenli isə bu bədheybətlərlə mübarizə aparmaq məqsədilə Yer kürəsinə geri dönürlər. Oyunun buraxılı tarixi hələ açıqlanmayıb.
EartNight oyununun gamescom 2019 anons treylerini Sizə təqdim edirik:
“Close to the Sun” oyununun anonsu
“Close to the Sun” oyununun Nintendo Switch platforması üçün buraxılışı 29.10.2019-cu il tarixinə planlaşdırılıb. Hazırda oyunu Nintendo mağazasından öncədən almaq olar.
Close to the Suns oyununun gamescom 2019 anons treylerini Sizə təqdim edirik:
“Youropa” oyununun anonsu
“Youropa” oyunu 2019-cu ilin qış aylarında Nintendo Switch platforması üçün buraxılacaq. Fizika qanunlarına tabe olmayan qravitasiya və bir-birindən maraqlı tapmacalar sizləri darıxmağa qoymayacaq.
Youropa oyununun gamescom 2019 anons treylerini Sizə təqdim edirik:
“Best Friend Forever” oyununun anonsu
“Best Friend Forever” oyunu 14.02.2020-ci il tarixində Nintendo Switch platforması üçün buraxılacaq.
Best Friend Forever oyununun gamescom 2019 anons treylerini Sizə təqdim edirik:
“Skater XL” oyununun anonsu
“Skater XL” oyununda siz skeyt vasitəsilə müxtəlif fintlər həyata keçirə bilərsiniz. Oyunun buraxılışı gələn ilə nəzərdə tutulub.
Skater XL oyununun gamescom 2019 anons treylerini Sizə təqdim edirik: