“Ubisoft”-un E3 2019-da olan çıxışından əsas məqamlar
11.06.2019-cu il tarixində Bakı vaxtı ilə saat 00:00-da E3 2019-da “Ubisoft” oyun şirkətinin press-konfransı başladı.
Tam izləmək üçün məqalənin sonundakı videoya baxın.
Başlıqlar:
• “Watch Dogs Legion” – anons və gameplay treyler
• “Rainbow Six Quarantine” oyununun tizer treyleri
• “Gods & Monsters” oyununun ilk treyleri
• Uplay+
• “Roller Champions” oyununun gameplay treyleri
• “Ghost Recon Breakpoint” oyununun iki yeni treyleri
• “Tom Clancy’s The Divison 2” oyununa əlavələr
• Mobil platformalar üçün “Tom Clancy’s Elite Squad” – anons treyler
• “Just Dance 2020” oyununun yeni treyleri
• “Rainbow Six Siege” oyunununa “Phantom Sight” əlavəsinin buraxılış treyleri
• “Assasins Creed Odyssey” oyunu üçün “Story Creator Mode”
• “Brawhalla” oyununa yeni qəhrəmanlar əlavə olunacaq
“Watch Dogs Legion” – anons və gameplay treyler
“Ubisoft” şirkətinin çıxışının böyük hissəsi “Watch Dogs Legion” oyununa həsr olundu. Press-konfrans zamanı oyun haqqında qeyd olunanlara və təqdim olunan 11 dəqiqəlik gameplay-ə əsasən oyun reallığında mövcud olan və DedSec qruplaşmasına cəlb olunmuş hər bir personajla oynamaq imkanı olacaq. Onları birləşdirən ümumi cəhət “Bagley” adlanan süni zəka ilə əlaqədə olmaqlarıdır. Cəlb olunmuş NPC-ləri dəyişmək imkanı da var. Eləcə də hazırda oynanılan qəhrəman ölərsə, oyunçu əvvəllər qruplaşmaya cəlb olunmuş digər NPC-ni idarə edəcək.
“Watch Dogs Legion” oyunu 06.03.2020-ci il tarixində PC, PS4, Xbox One və Stadia platformaları üçün buraxılacaq.
“Watch Dogs Legion” oyununun E3 2019 gameplay treylerini Sizə təqdim edirik:
“Watch Dogs Legion” oyununun E3 2019 anons treylerini Sizə təqdim edirik:
“Rainbow Six Quarantine” oyununun tizer treyleri
“Rainbow Six Quarantine” oyunu 2020-ci ilin 1-ci rübündə PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq.
“Rainbow Six Quarantine” oyununun E3 2019 tizer treylerini Sizə təqdim edirik:
“Gods & Monsters” oyununun ilk treyleri
“Gods & Monsters” oyunu 25.02.2020-ci ildə PC, PS4, Xbox One və Nintendo Switch platformaları üçün buraxılacaq.
“Gods & Monsters” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
Uplay+
Artıq “Ubisoft” şirkəti də “Uplay+” adlanan öz abunəlik servisini yaratdı. “Uplay+” abunəlik servisi öz kitabxanasında 100-dən çox “Ubisoft” oyununu və oyun əlavələrini (DLC) ehtiva edəcək. Servisə 03.09.2019-cu il tarixdən start veriləcək. 15.08.2019-cu il tarixinədək servis üçün qeydiyyatdan keçmiş şəxslər isə start verildikdən sonra bir ay müddətinə ondan ödənişsiz istifadə edə biləcəklər. “Uplay+” servisi “Google Stadia” ilə uzlaşacaq. Standart abunəlik haqqı isə 1 ay – 15 avrodur.
Bir ay ödənişsiz istifadə üçün “Uplay+”-da qeydiyyatdan keç.
“Ubisoft”-un E3 2019 press-konfransından “Uplay+”-un təqdimetmə fraqmentini Sizə təqdim edirik:
“Roller Champions” oyununun gameplay treyleri
“Roller Champions” oyununun buraxılışı 2019-cu ilin sonlarına planlaşdırılıb. Oyun PC, PS4, Xbox One və Nintendo Switch platformaları üçün mövcud olacaq.
“Roller Champions” oyununun E3 2019 gameplay treylerini Sizə təqdim edirik:
“Ghost Recon Breakpoint” oyununun iki yeni treyleri
Oyun haqqında əlavə məlumat saytımızda mövcuddur.
“Ghost Recon Breakpoint” oyununundakı “Jon Bernthal” obrazına həsr olunmuş E3 2019 treylerini Sizə təqdim edirik:
“Ghost Recon Breakpoint” oyununun E3 2019 gameplay treylerini Sizə təqdim edirik:
“Tom Clancy’s The Divison 2” oyununa əlavələr
“Tom Clancy’s The Divison 2” oyununa 3 epizod əlavə olunacaq. Birinci epizod 2019-cu ilin iyun ayında, ikinci epizod payız ayında, üçüncü epizodun əlavə olunacağı tarix hələ bəlli deyil.
“Tom Clancy’s The Divison 2” oyununun 1-ci və 2-ci epizodlarını qiyabi təsvir edən E3 2019 treylerini Sizə təqdim edirik:
“Tom Clancy’s The Divison 2” oyununun 3-cü epizodunun E3 2019 tizer treylerini Sizə təqdim edirik:
Mobil platformalar üçün “Tom Clancy’s Elite Squad” – anons treyler
“Tom Clancy’s Elite Squad” oyunu 2019-cu ilin sonlarında mobil platformalar üçün buraxılacaq.
Xüsusi bonuslar əldə etmək üçün öncədən qeydiyyatdan keç.
“Tom Clancy’s Elite Squad” mobil oyununun E3 2019 anons treylerini Sizə təqdim edirik:
“Just Dance 2020” oyununun yeni treyleri
“Just Dance 2020” oyunu 05.11.2019-cu il tarixində PC, PS4, Xbox One, Nintendo Switch və Stadia platformaları üçün buraxılacaq.
“Just Dance 2020” oyununun E3 2019 treylerini Sizə təqdim edirik:
“Rainbow Six Siege” oyunununa “Phantom Sight” əlavəsinin buraxılış treyleri
“Rainbow Six Siege” oyunununa “Phantom Sight” əlavəsinə 12.06.2019-cu il tarixdən start veriləcək.
“Rainbow Six Siege” oyunununa “Phantom Sight” əlavəsinin E3 2019 buraxılış treylerini Sizə təqdim edirik:
“Assasins Creed Odyssey” oyunu üçün “Story Creator Mode”
“Assasins Creed Odyssey” oyununa əlavə olunacaq “Story Creator Mode” vasitəsilə oyunçular özləri yeni dialoqlar və missiyalar yarada biləcək, eləcə də oyunu əldə edən digər oyunçularla öz versiyalarını paylaşa biləcəklər. Bundan başqa oyuna “turistik” rejim də əlavə olunacaq ki, bu oyunçulara qədim Yunanıstan mədəniyyəti ilə virtual tanışlıq üçün imkan yaradacaq.
“Assasins Creed Odyssey” oyunu üçün “Story Creator Mode”-un E3 2019 treylerini Sizə təqdim edirik:
“Brawhalla” oyununa yeni qəhrəmanlar əlavə olunacaq
“Brawhalla” oyununa “Adventure Time” cizgi filmindən qəhrəmanlar əlavə olunacaq. Treyleri Sizə təqdim edirik:
“Ubisoft”-un E3 2019 press-konfransını Sizə təqdim edirik: